İdman tək mübarizə növləri

Şahmatçılarımız dünya çempionatında!

İtaliyanın Sardiniya adasında keçirilən 20 yaşa qədər qız və oğlan şahmatçılar arasında blits üzrə dünya çempionatında şahmatçımız Məhəmməd Muradlı 11 oyundan 9,5 xal toplamaqla  qızıl medala layiq görülüb və dünya çempionu tituluna yiyələnib.

Blits üzrə xanım şahmatçıların yarışında Gövhər Beydullayeva 7,5 xal toplamaqla dünya çempionatında bürünc medal qazanıb.

Təbriklər!