Türkiyədə keçirilən çimərlik güləşi üzrə Dünya Seriyasının final mərhələsində Azərbaycan idmançısı İbrahim Yusubov (90 kq) gümüş medal qazanıb. Ramiz Həsənovla (70 kq) Oyan Nəzəriani (+90 kq) isə 4-cü yeri tutublar.
Seriyanın 5 mərhələsinin yekununa əsasən, 90 kq-da hamıdan çox xal toplayan İbrahim Yusubov titulunu qoruyub və ardıcıl 2-ci dəfə dünya çempionu olub. Öncəki dünya çempionatlarında qızıl və gümüş medal qazanmış Nəzəriani (+90 kq) medal kolleksiyasını tamamlayıb və bu dəfə bürünc medala sahib çıxıb.
Təbrik edirik!












