İdman tək mübarizə növləri

Gənclər və İdman Naziri ilə ICESCO arasında görüş!

Oktyabrın 3-də gənclər və idman naziri Fərid Qayıbov ICESCO-nun baş direktoru Salim bin Mohammed Al Malikin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Qonaqları salamlayan nazir ölkəmizdə gənclər və idman sahələrində aparılan dövlət siyasəti və əldə edilən nəticələr barədə məlumat verib.

Görüşdə beynəlxalq təşkilatla ölkəmiz arasında əlaqələr barədə fikir mübadiləsi aparılıb.

Qəbulda nazir müavinləri Mariana Vasileva və İndira Hacıyeva, ICESCO baş direktorunun elm və texnologiya üzrə müşaviri Məhəmməd Şərif, Elm və texnologiya sektorunun müdiri Rahel Qamar, Tərəfdaşlıq və beynəlxalq əməkdaşlıq sektorunun müdiri Anar Kərimov, ICESCO üzrə Azərbaycan Respublikası Milli Komissiyasının katibi Ələkbər Xıdırov və beynəlxalq təşkilatın məsul əməkdaşları iştirak ediblər.